Twitterə yeni funksiya əlavə edilib


Digərləri 09 May 2019 08:46:00 234 0

Twitterə yeni funksiya əlavə edilib

Dünyadakı ən populyar mikro-blog şəbəkəsi olan "Twitter" istifadəçilərə qarşılaşdıqları məlumatlar barədə fikirlərini və hisslərini daha dəqiq ifadə etmək üçün "Retweet"funksiyasına yenilik gətirib.

Son.az chip.az-a istinadən bildirir ki, "Twitter" "retweet" edilən məlumatların məzmununa foto, video və ya GIF əlavə etməyə imkan verən yeni xüsusiyyət əlavə edib. Sözü gedən özəllik masa üstü və mobil tətbiqlərdə də mövcuddur. Əgər yeni funksiyanı hələ də görməmisinizsə tətbiqinizi və brauzerinizi güncəlləşdirməyiniz kifayətdir.

"Retweet" funksiyasından istifadə zamanı media fayl əlavə etmək üçün yeni bir "tweet" yaradarkən istifadə etdiyiniz vasitələrdən də yararlana bilərsiniz. İlk olaraq istədiyiniz "tweet"in aşağısındakı "retweet" düyməsinə toxunun. Daha sonra "Şərhlə birgə Retweet" funksiyasını aktivləşdirin. Açılan pəncərənin alt tərəfində yer alan medya faylları istifadə edərək "retweet"inizə əlavə edin.

Qeyd olunan özəlliyin tətbiq olunması duyğu və düşüncələrin daha yaxşı ifadə edilməsi baxımdan maraqla qarşılansa da, dizayn bir o qədər də mükəmməl hesab olunmur. Belə ki, "retweet" media əlavə edilən orijinal "tweet" kiçik bir pəncərədə saxlanılır. Əlavə etdiyiniz media isə tam ölçüdə göstərilir. Buna görə də izləyicilər orijinal "tweet"in kiçik bir hissəsini görür və nəticədə tamamilə sizin paylaşdığınız məzmuna fokuslanırlar.