Argentinada bir həbsxanadan digərinə daşınarkən 9 məhbus qaçıb


Digərləri 09 May 2019 08:33:58 197 0

Argentinada bir həbsxanadan digərinə daşınarkən 9 məhbus qaçıb

Argentinanın Santa-Fe vilayətində 9 məhbus bir həbsxanadan digərinə daşınarkən qaçıblar.

Bakı. Argentinanın Santa-Fe vilayətində 9 məhbus bir həbsxanadan digərinə daşınarkən qaçıb. Trend-in məlumatına görə, hazırda polis əməkdaşları qaçan məhbuslardan üçünü saxlaya bilib. Qaçanlar arasında qətl törədənlər də var. Hadisənin təfərrüatları aydınlaşdırılır. İlkin məlumatlara əsasən, cinayətkarlar qaçırılan iki avtomobildə gizlənir.