"Air France" təyyarəsinin İranda məcburi enməsinin səbəbi açıqlanıb


Dünya 09 May 2019 08:18:00 194 0

"Air France" təyyarəsinin İranda məcburi enməsinin səbəbi açıqlanıb

İranın İsfahan şəhərində "Air France" sərnişin təyyarəsinin məcburi eniş etməsinin səbəbi açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, səbəb ventilyasiya sistemində yaranan nasazlıq olub.

Qeyd edək ki, Paris vaxtı ilə 17:00-da Paris - Mumbay reysini yerinə yetirən "A340" təyyarəsi İsfahanın beynəlxalq hava limanında məcburi eniş edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.