Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq


Digərləri 09 May 2019 08:00:47 241 0

Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq

Azərbaycana builki yay turizm mövsümündə ən çox turistin Səudiyyə Ərəbistanından gələcəyi gözlənilir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycana builki yay turizm mövsümündə ən çox turistin Səudiyyə Ərəbistanından gələcəyi gözlənilir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Səudiyyə Ərəbistanına və əks istiqamətdə aviareyslərin vsayı artrılıb. Mütəxəssis hesab edir ki, bunun nəticəsində builki yay turizm mövsümündə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2 dəfə artacaq. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.