YouTubeun aylıq auditoriyası 2 milyard istifadəçiyə yaxınlaşıb


Digərləri 09 May 2019 07:21:00 265 0

YouTubeun aylıq auditoriyası 2 milyard istifadəçiyə yaxınlaşıb

"YouTube" videohostinqinə ayda bir dəfə daxil olan unikal istifadəçilərin sayı 2 milyarda yaxınlaşıb. Bu haqda "Alphabet" holdinqinə məxsus xidmətin icraçı direktoru Syuzen Voyjiskinin bəyanatına istinadən "Variety" nəşri məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumat üçün bildirək ki, bir il bundan əvvəl "YouTube"un aylıq auditoriyası 1,9 milyarda bərabər idi.

Bundan başqa, Voyjiski dəqiqləşdirib ki, hazırda videoçarxlara baxış üzrə ümumi vaxtın 70%-dən çox hissəsi mobil qurğuların payına düşür. O, həmçinin "ağıllı" televizorlar sayəsində "YouTube" məzmunundan istifadənin kəskin artımını qeyd edib: xidmətin istifadəçiləri hər gün televizorda 250 milyon saatdan çox video seyr edirlər: 1 il ərzində bu göstərici 39% yüksəlib.