Başqasının mənfi enerjisindən necə qorunmaq olar?


Digərləri 08 May 2019 23:52:00 310 0

Başqasının mənfi enerjisindən necə qorunmaq olar?

Ətrafdakı insanların mənfi enerjisindən müdafiə olunmaq böyük bacarıqdır. İradəli insanlar bu işin öhdəsindən daha asan gələ bilir. Xarakter baxımdan zəif insanlar bir çox hallarda enerji vampirlərinin qurbanına çevrilir və bu vəziyyətdən çıxış yolu tapana qədər çox böyük enerji itirir.

Son.az başqalarının neqativ enerjisindən qoruyan üsullarla tanış edir.

Empatiya - başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya - digər insanlara qarşı sevgi və mərhəmət hissidir.

Empat olmaq başqalarının ağrı və əzablarını udmaq deməkdir və bu, sizə mənfi təsir edə bilər. Əgər otaqda mənfi aurası olan bir insanla ünsiyyət qurmağa məcbur olmusunuzsa, siz onun nə qədər zəhərli enerjisi ola biləcəyini müəyyən edirsiniz. Bioenergetiklər hesab edir ki, ətrafdakı insanların mənfi enerjisini udmamaq böyük mənəvi bacarıqdır.

Özünü yadların mənfi enerjisindən qorumağın 5 üsulu ilə tanış olmağa dəyər

1. Yadda saxlayın ki, hər kəs üçün faydalı ola bilmərsiniz.

Əgər kimsə sizə şikayətlənirsə, bu adamın xoşuna gəlməyə çalışmayın. Bu, enerjinizi sovuracaq və enerji cəhətdən sizi onun fikirlərindən asılı olmağa məcbur edəcək. Sizi hamı sevə bilməz. İnsanlar yer üzündə müxtəlif məqsədlər üçün yaşayırlar. İlk növbədə özünüzü sevin, bununla sizi başqalarının fikirlərinin təsirindən qoruyan özünümüdafiə divarı yaradacaqsınız. Onu da yadda saxlayın ki, hamını dəyişdirə bilmərsiniz. Bunu həyat missiyası etməyin. Bəzən insanın özünə etdiyi ən böyük yaxşılıq sadəcə başqasının ötürdüyü enerjini udmamaqdır.

2. Həyatınıza buraxdığınız insanları ehtiyatla seçin.

Bədən, ağıl və ətrafınız sizin məbədinizdir. Oraya kimi dəvət edirsiniz? Bu, açıq bir dəvətdir? İnsanlar içəri girməzdən əvvəl çirkli ayaqlarını qəlbinizə silməlidir? Siz buna icazə verirsinizmi və bu, normaldır?

Əgər bir gün kiməsə bir dilim çörək versəniz, o, ertəsi gün sizdən bütöv bir çörək istəyəcək. Bəzi tanışların başqalarına qarşı soyuq və qapalı olduğunu fikirləşə bilərsiniz. Amma onlara hiddətlənməyə dəyməz. Çünki belə adamlar özünə və evinə hörmət edir, odur ki, belə adamların münasibətini sadəcə qəbul etmək lazımdır.

Əliaçıq olmaq əladır, amma çox incə bir hədd var, hansı ki, o həddin tapdalamasına icazə vermək olmaz. Odur ki, "yox" deməyi və bunu adi hal kimi qəbul etməyi öyrənin.

3. Pis adamları vecinizə almayın!

Parazit yaşaması üçün onu qəbul edən sahibinə ehtiyac duyur. Başqa birinə diqqət yetirməklə biz ona enerji ötürürük. Bu zaman sizinlə onun arasında enerji mübadiləsi baş verir. Enerji vampirləri enerji tədarükünü azaltmağa çalışmaqla düşüncələrinizi oğurlamağa çalışacaq. Bəzi insanlar mənfi enerjini sizə tərəf yönləndirməyə çalışacaq, daha sonra növbəti qurbanına doğru addımlayacaq.

Dost nəsihəti münasibətlər üçün lazımdır, amma yenə də elə bir hədd var ki, onu keçməyə heç kimin haqqı yoxdur. Ola bilər ki, hər hansı şəxs istər işlə bağlı, istərsə də ailə həyatında olan problemlərini və ya nailiyyətləri sizinlə bölüşsün. Amma bütün bu duyğular selinə məruz qalmaq həyatınızı yaxşı olmayan istiqamətdə dəyişə bilər. Odur ki, özünüzü sevin və onların şikayətlərini hər zaman dinləməyin. "Səni dinləməyə indi hazır deyiləm" sözünü deməkdən utanmayın. Bu yolla onların sizə ötürməyə çalışdığı neqativ enerjini geri göndərirsiniz.