Bu hallar baş verən kimi orucu pozun, şoka girə bilərsiniz


Digərləri 08 May 2019 22:44:00 235 0

Bu hallar baş verən kimi orucu pozun, şoka girə bilərsiniz

Bu il Ramazan ayı orucu isti və uzun günlərə təsadüf etdiyindən, bir çox insanlar üçün ac və susuz qalmaq orqanizmdə ilk əvvəldə olmasa da, azı 7 gün sonra ciddi reaksiyalar və dəyişikliklərə səbəb ola bilər.

Çox zaman orucun nə zaman pozula biləcəyi barədə dini və şəriət fikirləri əsas götürülsə də, elə məqamlar var ki, insan səhhətini geridönməz vəziyyətlərə çatdırmadan dərhal orucu dayandırmalı, su və qida qəbul olunmalıdır.

Son.az medicina.az-a istinadən orqanizmin artıq tab gətirməməsi və hansısa problemə işarət olan əlamətlərini təqdim edir:

1.Bədənin susuzlaşması - hüceyrələr, beyin, gözlər, ürək, qan su və onun tərkibində olan oksigenlə qidalanır. 10 saatdan artıq su içməmək bir çox insanlarda ciddi susuzlaşma yaradır. Bu əlamətlər baş verərsə, dərhal orucu dayandırıb, su için. Əks təqdirdə təcili yardım gəlməli olacaq və sizi xilas etmək üçün ciddi tədbirlər görülməlidir.

Susuzlaşmanın siqnalları:

-Güclü tərləmə -Kürəkdə qarışqa gəzirmiş kimi hiss -Ürəkdöyünmə -Gözlərin dumanlanması -Əl-ayağın birdən süstləşməsi -Huşun itəcəyi kimi əlamət -Dilin ağızda quruması -Getdiyiniz yerdə ayağın büdrəməsi -Ölüm qorxusu -Gözlərin bərəlməsi

Bu halda həmin şəxsə dərhal maye içirtməli, sərin yerdə uzatmalı, təcili yardım çağırıb sistemlər qoşulmalıdır. Yox əgər fikir verməyib, oruca davam etsəniz, şoka girə bilərsiniz. 

2. Hipoqlikemik şok - qanda qlükozanın tamam düşməsi, yəni şəkər kritik həddə enir. Bu hal həm xəstələrdə, diabetlərdə, həm də normal sağlam insanlarda baş verə bilən haldır. Uzun müddət qida qəbul, xüsusən şirin qida qəbul etməyən orqanizmdə şəkərin səviyyəsi 2,6 mmola kimi endikdə, insan komaya düşə bilər.