Rusiya və İran arasında viza rejimi sadələşdirildi


Dünya 08 May 2019 22:24:00 239 0

Rusiya və İran arasında viza rejimi sadələşdirildi

Rusiya və İran arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi barədə protokol imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu prosedur ilk növbədə sahibkarlara şamil olunacaq.

S.Lavrovun sözlərinə görə, sahibkarlar şirkətlərin dəvəti əsasında sadələşdirilmiş qaydada viza ala biləcək.