Əncir çəyirdəyinə Quran surəsi yazdı Türkiyəli heykəltaraşdan möcüzə


Digərləri 08 May 2019 22:13:00 274 0

Əncir çəyirdəyinə Quran surəsi yazdı  Türkiyəli heykəltaraşdan möcüzə

Dünyada tanınan 3 mikro-heykəltaraşdan biri olan türkiyəli Necati Korkmaz möhtəşəm əsərlər ortaya çıxardıb. Belə ki,  əncir çəyirdəyinə hörümçək toru sapı ilə İxlas sürəsini yazıb.

Son.az medicina.az-a istinadən bildirir ki, böyük zəhmət və səbr tələb edən iş 6 aya başa gəlib. Korkmaz deyib ki, 30 ildir əzmlə, sevgi ilə düzəltdiyi əsərlərin bənzərini dünyada heç kim hazırlamayıb. Lakin 400 il əvvəl xəttat Seyyid Qasım düyü dənəsinə ixlas sürəsini yazıb.

Ondan ilhamlanan mikro-heykəltaraş daha kiçik ölçüdə yazacağına qərar verib.

Necati Korkmaz: İstifadə etdiyim fırça, 0.02 mm ölçüsündə hörümçək torundan hazırlanıb. Yaranan kiçik xətaları isə arı iynəsi ilə düzəltdim. 6 ay müddətində 100 dəfədən çox yazım pozulub. Səbr etdim, təkrar-təkrar cəhd etdim, sonunda alındı".


Xəbərə aid fotolar