BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib (FOTO)


Digərləri 08 May 2019 20:46:00 347 0

BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib (FOTO)

Bakı Dövlət Universitetində “Şuşasız 27 il” adlı tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində “Şuşasız 27 il” adlı tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, rektor Elçin Babayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Qarabağın incisi Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb, günahsız insanların öldüyünü, dinc əhaliyə qarşı edilən vəhşilikləri ürək ağrısı ilə yada salıb. İtirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini ifadə edən rektor Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin ölkəmizin ərazi bütövlüyü barədə çıxışını yada salıb, onun dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini dəstəkləyən çağırış etdiyini xüsusilə vurğulayıb. Çıxışının sonunda rektor şəhidlərimizin qanının yerdə qalmayacağına, Şuşanın füsunkar gözəlliklərini yenidən vəsf edəcəyimizə inandığını bildirib. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Şuşa haqqında videoçarx nümayiş olunub.