Yüz hərbçi qadına təcavüz iddiası


Dünya 08 May 2019 20:34:00 236 0

Yüz hərbçi qadına təcavüz iddiası

Danimarkanın Qadın Veteranlar Birliyi son 2 ildə təcavüzə məruz qaldığını iddia edən 100-dən artıq hərbçi qadından şikayət qəbul etdiklərini bildirib. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qurum bu barədə Danimarka Silahlı Qüvvələrinə müraciət edib.

Danimarka Silahlı Qüvvələri isə bu müraciətlə bağlı açıqlama yayıb.

Açıqlamada olaylarla bağlı araşdırmaya başlanıldığı qeyd olunub. Məlumata əsasən, artıq 9 belə faktla bağlı istintaq başlanıb.