Nəsimi dərisi soyularkən nə deyib?


Kriminal 08 May 2019 20:14:00 283 0

Nəsimi dərisi soyularkən nə deyib?

İsa əl-Məsih haqqında ibrani mənbələrinin əksəriyyətində onun edamı bu cür ardıcıllıqla gedir: edam olundu, çarmıxa çəkildi. Amma heç kəs söz sırasını əsas tutub, "İsa əvvəl öldürülüb, sonra çarmıxa çəkilib" demir. Bu absurd bir iddia olardı. Biz hərfi mənadan yapışıb düşünməməliyik ki, İsa əvvəl edam olunub, sonra çarmıxa çəkilib, eləcə də Nəsimi öldürülüb, sonra dərisi soyulub.

Son.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının professoru, filologiya elmləri doktoru Aida Qasımova Teleqraf.com-un "Brifinq" layihəsində Nəsiminin edamı ilə bağlı danışakən deyib.

A.Qasımova bildirib ki, Nəsimi təkcə şair deyil, həm də bir əzabkeşdir. Əzabkeşlik dinlər tarixində çox böyük yer tutur. Əzabkeş olmağın isə özünün xüsusi məqamı var:

"Səhv etmirəmsə, Nəsiminin dərisinin soyulması kimi mübahisəli mülahizəni ədəbiyyatşünaslığımıza Qəzənfər Paşayev gətirib. Nəsimişünaslıqda böyük xidməti olan Qəzənfər müəllim, yəqin ki, bu məsələyə münasibət bildirəcək.

Nəsimi niyə bu qədər məşhurdur, insanlar nəyə görə əsrlər boyu onu sevir? Ona görə ki, o əzabkeş olub. İsa Məsih də əzabkeşdir. İsa peyğəmbər haqqında Quranda deyilir ki, onu öldürmədilər, çarmıxa çəkmədilər. Amma məntiqlə yazılmalı idi ki, çarmıxa çəkmədilər, öldürmədilər. İsa Məsih çarmıx əzabı çəkib, onun müqəddəsliyi birbaşa əzabkeş olması ilə bağlıdır.

Nəsiminin həyatını mükəmməl şəkildə araşdırdığımı söyləsəm, düzgün olmaz. Hər kəsin məşğul olduğu konkret sahələr var. Mən ərəbşünasam və əsas sahəm də klassik ərəb ədəbiyyatıdır. Bununla belə, bu məsələ ilə maraqlandım və gördüm ki, həqiqətən də bəzi ərəb mənbələrində şairin qətli barədə "boynu vuruldu, dərisi soyuldu və çarmıxa çəkildi" yazılır. Bu əl-Asqalanidə belədir və ərəb mənbələrinə xas təkrarçılığı xatırlasaq, əl-Asqalanidən təsirlənən tarixçilərin də onun mətnini olduğu kimi təkrarladığını görərik. (Sibt əl-Əcəmidə isə Sultan Müəyyədin fərmanında deyilir ki, dərisi soyulsun, sonra yeddi gün Hələbdə cəsədi car çəkilib nümayiş etdirilsin. Gördüyümüz kimi, bu, bir qədər fərqli xəbər olub dərisi soyulmaqla edam edilməni nəzərdə tutur).

Quranda da İsa ilə bağlı bu cür sıralanma var. İsa Məsih haqqında ibrani mənbələrinin əksəriyyətində onun edamı bu cür ardıcıllıqla gedir: edam olundu, çarmıxa çəkildi. Amma heç kəs söz sırasını əsas tutub "İsa əvvəl öldürülüb, sonra çarmıxa çəkilib" demir. Bu absurd bir iddia olardı. Biz hərfi mənadan yapışıb düşünməməliyik ki, İsa əvvəl edam olunub, sonra çarmıxa çəkilib, eləcə də Nəsimi öldürülüb, sonra dərisi soyulub.

Çünki sami dillərinin, eləcə də ərəbcənin öz qaydaları var. "Və", yəni "vav" bağlayıcısını İbn Mənzurun "Lisan əl-ərəb" kitabında axtardım. Orada VIII əsr ərəb dilçisi Fərranın "vav"la "fə" bağlayıcılarının fərqi ilə bağlı fikrinə rast gəldim. Vurğulayır ki, "fə" bağlayıcısı yazılanda ardıcıllıq gözlənilir, "vav" olanda isə ardıcıllıq gözlənilmir. Fikir "vav"la bağlananda hərəkətin ardıcıllığı pozula bilər. Digər tərəfdən, "vav"ın bir mənası da "ilə"dir. Mənim fikrimcə, Nəsiminin dərisi soyulub, sonra qətlə yetirilib".

A.Qasımova bildirib ki, apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, Nəsimi hətta dərisi soyularkən muvaşşah şeirləri deyib: