Son iki ay: Bölgədəki vəziyyət kökündən dəyişəcək


Dünya 08 May 2019 20:04:00 293 0

Son iki ay: Bölgədəki vəziyyət kökündən dəyişəcək

İran prezidenti Həsən Ruhani danışıqlar üçün Avropa ölkələrinə 60 gün vaxt verib.

Bu barədə Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir.

"Avropa ölkələrinin İranla danışıqlar aparmaq üçün 60 günü var", - deyə Ruhani qeyd edib. 

Qeyd edək ki, daha əvvəl rəsmi Tehran İranının nüvə razılaşması ilə götürdüyü öhdəliklərin bir hissəsinin yerinə yetirilməsinin dayandırılması haqqında məktubu saziş üzvlərinə göndərib.

"Bu məktublarda onlara bildirdik ki, biz bir il gözlədik... və öz öhdəliklərimizə riayət etdik. Biz nüvə razılaşmasından çıxmaq istəmirik, bu gün razılaşma çərçivəsində yeni addımlar atacağıq", - deyə İran prezidenti Həsən Ruhani televiziyada canlı yayımda bildirib.