Çillərdən ev şəraitində qurtulmağın yolları


Digərləri 08 May 2019 20:00:00 225 0

Çillərdən ev şəraitində qurtulmağın yolları

Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosit hüceyrələri dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalarsa, melanosit hüceyrələri bir o qədər melanin ifraz edər və nəticədə isə dəri daha çox qaralar. Bəzən isə bu hüceyrələr dəridə qeyri-bərabər paylanmır və lazım olduğundan daha çox ifraz olunur. Nəticədə də ləkələr yaranır. Bəzi mütəxəssislər belə ləkələrdən qurtulmağın mümkünsüzlüyünü bildirsələr də, bunun əksini deyənlər də az deyil. 

Sizə çillərlə ev şəraitində mübarizə aparmağın yollarını açıqlayacağıq.

Cəfəri kökünü qaynadaraq limon suyu ilə qarışdırın. Bu su ilə üzünüzü səhər və axşam silin.

2.x.q kök suyuna 20 damcı limon suyu əlavə edilir. Gün ərzində üz dərisi 2-3 dəfə silinir. 20 dəqiqə sonra su ilə durulanır.

Çillərdən yaxa qurtarmağın bir digər yolu isə pomidordur. Üz təmizlənərək qidalandırıcı krem çəkilir. Nazik dilimlənmiş pomidor dilimləri üzə yerləşdirilir. 30 dəqiqə sonra dilimlər götürülür və üz dərisi soyuq süddə isladılmış pambıqla silinir.