IFC Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirir


Digərləri 08 May 2019 19:50:40 186 0

IFC Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirir

Международная финансовая корпорация (IFC) позитивно оценила проведенные в Азербайджане реформы по укреплению макроэкономической и финансовой стабильности

Bakı. Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) regional meneceri Damien Şilsin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, görüş zamanı İFC-nin Azərbaycandakı hazırki və gələcək fəaliyyət proqramı, o cümlədən maliyyə infrastrukturu, elektron və rəqəmsal maliyyə xidmətləri ilə bağlı məsələlər müzakirə olunub. A.Quliyev nümayəndə heyətini salamlayaraq ölkədəki keçirilən iqtisadi islahatlar, islahatlar gündəliyinə uyğun olaraq Mərkəzi Bankın keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, Prezidentin bəyan etdiyi inkişaf strategiyası əsasında ölkədə sürətli sosial-iqtisadi inkişafa nail olunub, makroqitisadi və maliyyə sabitliyinin dayanıqlığı təmin olunub. O, beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən İFC ilə əlaqələrin önəmini diqqətə çatdırdı. Mərkəzi Bank və İFC arasında əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Nümayəndə heyətinin rəhbəri Damien Şils təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu bildirib və İFC tərəfindən proqramların həyata keçirilməsində göstərdiyi dəstəyə görə Mərkəzi Banka öz təşəkkürünü bildirib. Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizdə özəl sektorun dəstəklənməsinə hazır olduğunu qeyd edib.