Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı


Kriminal 08 May 2019 19:24:00 308 0

Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı

İsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.

Son.az xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər. Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib. 

Mahirənin dayısı mərhuma zülümlər verildiyini iddia edib:

"Gəl dərdini danış" proqramına "Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm çöldə bir cavan uşaqla oturub. O dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə "xod" var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın. Kənddə gözümüzün qabağında böyüyən qız olub. Gəlirdi dayıynan necə görüşürdü əvvəl. Orada mən qızı gördüm, oğlan da qapının ağzında oturub tək çörək yeyirdi. Dedim "Sən niyə burada tək oturub çörək yeyirsən?". Cavab verdi ki, guya içəridə yer yoxdur. Amma rəhmətlik Mahirəni qapının arasından gördüm, baxdı mənə. Mən elə bildim ki, o mənə yaxınlaşacaq. Gördüm yox, çəkildi dala. Mən də gəldim ordan, heç kimə də heç nə demədim. Dedim bəlkə təzə gəlindi, söz-söhbət olar. Axırda onlardan çıxıb gələndə bu vaxtacan gəlib görüşməyib. Axı mən gedib görüşməliyəm, oradan kəndə gedirəm. Ora ilə buranın arasında hardasa 40 kilometr məsafə var. Yaxınlaşdım ki, görüşüm, rəhmətlik Mahirə qapının arasından mənə əl verdi. Oğlan da mənim arxamda durmuşdu. Mən onda hiss etdim ki, bu qızın günü gün deyil. Anladım ki, o qız gedən gündən qapılar arxasında saxlanılır. Elə bil hansısa cinayətkardır, məhbus kimi saxlayırdılar. Qız günü-gündən də qup-quru quruyurdu. Mən hiss edirdim ki, o oğlan normal adam deyil. Xoşbəxt ona ərə gələn ilk qızın ailəsidir ki, tez başa düşüb balasını qaytardı".

Təzə gəlinin atası da tükürpədici açıqlamaları ilə diqqət çəkib:

"Bilməzdim balamı belə zülümlə öldürərlər. Birinci gün bizə elçiliyə gələndə bizi aldatdılar. Dedi "Onsuz da biləcəksiniz, ilk evləndiyim qadını toy gecəsi qaytarmışam". Güya o qız uşağı çıxmayıb, toy gecəsi qaytarılıb. Amma yalandır. 40 gün o qızı (birinci həyat yoldaşını) da evində saxlayıb. Əvvəl bilməmişik. 40 gündən sonra qızın anası balasını qaçırdıb onlardan". 


Xəbərə aid fotolar