“İlk maaşımla borcumu qaytarmışam”


Digərləri 08 May 2019 19:29:00 211 0

“İlk maaşımla borcumu qaytarmışam”

"ARB Günəş"in "Kiçikdən-böyüyə" verilişinin növbəti qonaqları millət vəkili Aqil Abbas və nəvəsi 11 yaşlıTansu olub.

Son.az bildirir ki, söhbət zamanı millət vəkili nəvəsi Tansunun "İlk maaşınla nə almışdın?" sualını cavablandırıb: "Ağsuda müəllim işlədiyim zaman olub. İlk maaşımla kitab aldım. Bir də borcum var idi. Onu qaytardım". Millət vəkili daha sonra uşaqlara bir sıra tövsiyyələr də verib: "Uşaqlara demək istəyirəm ki, mehriban olun. Bir-birinizi sevin, yardımçı olun. Böyüklərinizə və müəllimlərinizə hörmət edin. Müəllim sizi danlayanda küsməyin. Bilin ki, sizi sevdiyindən danlayır. Küçədə yaşlılara, köməyə ehtiyacı olanlara yardım edin və ən əsası çoxlu oxuyun". Qeyd edək ki, "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"də yayımlanır.

Son.az 


Xəbərə aid fotolar