İlahiyyat İnstitutunun növbəti səfəri Qazax rayonuna olub (FOTO)


Digərləri 08 May 2019 18:43:00 194 0

İlahiyyat İnstitutunun növbəti səfəri Qazax rayonuna olub (FOTO)

İnstitut maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. Aİİ-dən Trend-ə verilən məlumata görə, institutun növbəti səfəri Qazax rayonuna olub. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülərək, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib. Qazax Gənclər Mərkəzində keçirilən görüşdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib. Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Hazırda Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək, onun inkişafına böyük önəm verdiyini vurğulayıb. Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələri Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Bildirib ki, dövlət başçısının yüksək diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət göstərir.