Azərbaycan Rusiya bazarına pomidor ixracını artırıb


Digərləri 08 May 2019 17:09:00 270 0

Azərbaycan Rusiya bazarına pomidor ixracını artırıb

"2018-ci ilin yekunlarına əsasən Azərbaycan Rusiyaya pomidor ixracını artırıb".

Son.az xəbər verir ki, bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

Onun sözlərinə görə, ötən ilin rəsmi statistikası hələlik açıqlanmasa da, əldə olunan məlumatlar 2018-ci ilin göstəricilərinin 2017-ci ildən daha yüksək olacağını gözləməyə əsas verir:

"Əgər 2017-ci ildə Rusiyaya 150 min ton pomidor ixrac olunmuşdusa, 2018-ci ildə bu rəqəm artıq oktyabrda qeydə alınmışdı. Pomidorlar ixrac olunan tərəvəz məhsulları arasında birinci yer tutur. Yaxın zamanlarda statistik məlumatlar regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfrans çərçivəsində açıqlanacaq".

Məhsulun keyfiyyətinə gəldikdə isə, B.Quliyev bildirib ki, bu baxımdan ciddi problem müşahidə olunmur, yerli məhsul yüksək keyfiyyətə malikdir və tərkibində GMO yoxdur: