Qubada bir neçə cinayət törədən 54 yaşlı kişi tutuldu


Kriminal 08 May 2019 16:16:00 216 0

Qubada bir neçə cinayət törədən 54 yaşlı kişi tutuldu

Qubada əcnəbi vətəndaşa qarşı soyğunçuluq edərək, içərisində xeyli miqdarda pul, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə ələ keçirərək ağır cinayət törədən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı Rauf Tahirov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, saxlanılan zaman R.Tahirovun üzərinə keçirilən baxış zamanı onun əynindəki gödəkcənin cibindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Rauf Tahirovun ətrafında aparılan araşdırmalar nəticəsində onun cari ilin mart ayında Elşad Babayevə məxsus fərdi yaşayış evindən də oğurluq etdiyi məlum olub.