Energetika naziri vətəndaşları qəbul edib


Digərləri 08 May 2019 16:10:00 198 0

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib.

Bakı. Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda Bakı, Gəncə şəhərləri, Şəmkir, Astara, Biləsuvar, Xaçmaz rayonlarının sakinləri iştirak edib. Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, mənzilə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.