2 otaqlı evdə yanğın olub


Digərləri 08 May 2019 16:07:00 160 0

2 otaqlı evdə yanğın olub

Sabirabadda 2 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Qasımbəyli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin hamam otağının lambirindən ibarət tavanı 12 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.