Mourinyo Barcelona-nın futbolçularını ələ saldı, Kloppu təriflədi


İdman 08 May 2019 15:34:00 277 0

Mourinyo Barcelona-nın futbolçularını ələ saldı, Kloppu təriflədi

Manchester United-in sabiq baş məşqçisi Joze Mourinyo LiverpoolBarcelona oyunu (4:0) ilə bağlı fikirlərini bildirib.

Goal.az xəbər verir ki, portuqal mütəxəssis belə nəticə gözləmədiyini etiraf edib: "Açığı, belə hesabı gözləmirdim. Digər tərəfdən də mümkünsüzün reallaşacağı yerlərdən birinin "Enfild" olduğunu düşüncəsindəydim. Mənə görə bu geri dönüşün adı Kloppdur. Bu, sadəcə taktika və fəlsəfə ilə izah olunacaq durum deyil. Heç vaz kemədilər və mübariz ruhlarını ortaya qoydular. Avropa çempionu olmağa layiqdirlər. Mənə qalsa, bu kubok Kloppun haqqıdır. Klopp möhtəşəm xarakteri və mentaliteti ilə bu uğurun memarıdır".

Mourinyo Liverpool-un vurduğu 4-cü qol barədə danışarkən Barcelona-nın futbolçularını ələ salıb:

"Əgər bu qol U114 və ya U-15-in oyununda vurulsaydı, onda biz belə deyə bilərdik: "Yəqin ki, uşaqlar yuxulayıblar, ya da onlarda futbol oynamaq üçün xarakter çatmır. Ona görə də biz bu uşaqlara futbolun mahiyyətini öyrətməliyik". Ancaq biz dünyanın ən yaxşı futbolçularının buraxdığı qoldan danışırıq axı. Belə qolun buraxılmasına bəraət qazandırmaq çox çətindir. Buna Valverdenin münasibətini eşitmək istərdim”.

 Valverde isə həmin epizodu şərh eərkən, həmin an nə olduğunu anlaya bilmədiyini deyib.