“Ölməyin qapısından salam verib, geri qayıtdım”


Şou-biznes 08 May 2019 15:45:00 180 0

“Ölməyin qapısından salam verib, geri qayıtdım”

ARB TV-nin "Düz bazar" proqramının budəfəki qonağı jurnalist Tahirə Məmmədqızı olub. Son.az xəbər verir ki, onkoloji xəstəliyə yaxalanan və yenicə əməliyyat keçirtmiş jurnalist həkimə gec getdiyini bildirib: "Heç 2 ay deyil ki, əməliyyat keçirmişəm. 8 ay bilirdim ki, vəziyyətim günü-gündən ağırlaşır, amma həkimə getmirdim. O halda getdim ki, ayaqlarım işləmirdi, qanaxmadan zəiflədim, ölməyin qapısından salam verib, geri qayıtdım. Hər bir insan ildə 2 dəfə müayinədən keçməlidir".


Xəbərə aid foto