Yaqub Eyyubov: Azərbaycan keçirilmiş islahatlar sayəsində öz beynəlxalq reytinqlərini yaxşılaşdırıb


Digərləri 08 May 2019 15:44:00 155 0

Yaqub Eyyubov: Azərbaycan keçirilmiş islahatlar sayəsində öz beynəlxalq reytinqlərini yaxşılaşdırıb

Azərbaycan son illərdə kompleks islahatların keçirilməsi sayəsində öz beynəlxalq reytinqlərini yaxşılaşdırıb

Bakı. Xeyrəddin Nəsirzadə - Azərbaycan son illərdə kompleks islahatların keçirilməsi sayəsində öz beynəlxalq reytinqlərini yaxşılaşdırıb. Trend-in məlumatına görə, bunu baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş və memorandumların imzalanması mərasimində deyib. O qeyd edib ki, Dünya Bankının “Doing Business” hesabatına əsasən Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Ölkə kiçik biznes investorlarının maraqlarının qorunması göstəriciləri üzrə ikinci yeri tutub, biznesə başlamaq göstəriciləri üzrə isə islahatçı ölkələrin ilk onluğuna daxil olub: “Biznes mühitin yaxşılaşması və rəqabətin artması, eləcə də ölkənin beynəlxalq reytinqlərinin yüksəlməsi üçün 2016-cı ilin iyulunda Prezident İlham Əliyev biznes mühit və beynəlxalq reytinqlər üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb. Komissiya çərçivəsində biznes dialoq üzrə dövlət platformasının yaradılması nəticəsində 19 istiqamət üzrə 280 iştirakçıdan ibarət işçi qruplar yaradılıb”.