Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi ehtiramla yad edilib (FOTO)


Digərləri 08 May 2019 15:35:00 177 0

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi ehtiramla yad edilib (FOTO)

1992-ci il iyun ayında ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində anma mərasimi keçirilib.

Bakı. 1992-ci il iyun ayında ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində anma mərasimi keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Belarus xalqının ənənəvi bayramı sayılan “Radonitsa” günündə ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviç ilə görüşüblər. Əvvəlcə Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb. Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dotluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.