Sumqayıt sakinlərinə ŞAD XƏBƏR


Digərləri 08 May 2019 15:22:00 221 0

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR

Sumqayıtda 263 yaşayış binasının dam örtüyü, 25 binanın fasadı, 74 ədəd lift və 2 saylı Sumqayıt şəhər xəstəxanası əsaslı təmir olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunlarına dair keçirilən hesabat yığıncağında bildirilib.

Hesabat dövründə "Nizami kinoteatr"ının, Corat qəsəbəsində 120 yerlik uşaq bağçasının və Məhkəmə Kompleksinin tikintisində işlər davam etdirilib, "Muğam evi"nin tikintisinə və Sumqayıt Bulvarının şimal-şərq istiqamətində 1,0 km uzunluğunda genişləndirilməsi işlərinə başlanılıb.

5-ci Polis Bölməsinin yeni inzibati binasının tikintisində tamamlanma işləri aparılır.