Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir (FOTO)


Digərləri 08 May 2019 15:10:00 207 0

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir (FOTO)

2019-cu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Bakı. 2019-cu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir. Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismarı hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasına xidmət edir.