Qoşa Qala qapılarında bərpakonservasiya işləri aparılır FOTO


Digərləri 08 May 2019 14:55:00 207 0

Qoşa Qala qapılarında bərpakonservasiya işləri aparılır  FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) qoruqda aparılan bərpa işləri ilə bağlı məlumat yayıb.

Son.az xəbər verir ki, DTMQİ-dən Trend-ə verilən məlumata görə, hazırda nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri aparılır.

Layihəyə əsasən 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək.

Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır.

Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış "Atelier Erich Pummer GmbH" şirkəti tərəfindən həyata keçirilir.

"İçərişəhər" DTMQİ ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməmiş, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır.


Xəbərə aid fotolar