Qoşa Qala qapılarında bərpa-konservasiya işləri aparılır (FOTO)


Digərləri 08 May 2019 14:35:00 218 0

Qoşa Qala qapılarında bərpa-konservasiya işləri aparılır (FOTO)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) qoruqda aparılan bərpa işləri ilə bağlı məlumat yayıb.

Bakı. İlhamə İsabalayeva - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) qoruqda aparılan bərpa işləri ilə bağlı məlumat yayıb. DTMQİ-dən Trend-ə verilən məlumata görə, hazırda nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri aparılır. Layihəyə əsasən 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır. Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.