Deputat: "Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb"


Dünya 08 May 2019 14:23:00 205 0

Deputat: "Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb"

Ermənistan strateji təhlükəli dərəcədə boşalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Arman Babacanyan deyib.

O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir:

"Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədə getməyə vadar edir. Miqrasiya "qeyri-real müharibə"dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər".