Azərbaycanda zəncirvari qəza:


Digərləri 08 May 2019 13:33:00 208 0

Azərbaycanda zəncirvari qəza:

Beyləqan rayonunun Gödəklər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, mayın 7-də saat 1 radələrində Beyləqan rayonunun Gödəklər kəndi ərazisində Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi "T-28" markalı traktora vurub, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi "KamAZ" markalı avtomobilə çırpılıb.

Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.