29 yaşlı qız özünü öldürmək istədi


Digərləri 08 May 2019 13:28:00 193 0

29 yaşlı qız özünü öldürmək istədi

Göyçay rayonunda 29 yaşlı qız intihara cəhd edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alxasova kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fəxrəndə Fərhad qızı sirkə turşusu içib.

Yaralı təcili Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda F.Allahverdiyevanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.