Sosiskaların içərisindən qurdların çıxması ilə bağlı araşdırmalara başlanıldı


Digərləri 08 May 2019 12:34:00 238 0

Sosiskaların içərisindən qurdların çıxması ilə bağlı araşdırmalara başlanıldı

Mediada sosiskaların içərisindən qurdların çıxması ilə bağlı yayılan görüntülərlə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.

Son.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:

"Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adı, məhsulun əmtəə nişanını qeyd etməklə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat versinlər".

Qeyd edək ki, dünən paytaxtdakı marketlərdən birindən alınmış sosiskalardan qurdların çıxması barədə məlumatlar yayılmışdı.