Bu FOTOda küsülü müğənnilər yanyana gəldi


Şou-biznes 08 May 2019 10:58:00 268 0

Bu FOTOda küsülü müğənnilər yanyana gəldi

Müğənni Elnur Məmmədov İnstaqram səhifəsində Naxçıvan səfərindən foto paylaşıb

.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçıların konsert üçün getdiyi gəzintidə bir çox küsülü müğənni yan-yana gəlməli olub. Elə Elnurun yayımladığı şəkildə də maraqlı məqamlar diqqət çəkib.

İllərdir küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədovanın eyni məkanda olması nəzərdən qaçmayıb. Digər məqam isə müğənni Günay İbrahimli və Dadaşovanın yan-yana olması olub. Bir neçə ay əvvəl Brilliant Günayın da yer aldığı şəkli yayımlayıb, onun üzünü bağlamışdı.

Şəkildə Əməkdar artist Abbas Bağırovla müğənni Elnur Məmmədovun da mehriban dayanması diqqət çəkib. Belə ki, illər əvvəl Abbas Elnurdan küsdüyünü, tədbirdə həmkarının ona "salam" vermədiyini deyib, şikayətlənmişdi. Hətta Abbas "Onun adını çəkməyin. Bununla mövzu bağlandı. Heç düzəlməyəcək də" deyərək, sərt açıqlama vermişdi. Elnur isə Abbasın onu diqqətsizlikdə günahlandırmasını qəbul etməmişdi.


Xəbərə aid foto