Şəbnəm Bakı küçələrində “avtoşluq” etmək istədi VİDEO


Şou-biznes 08 May 2019 10:34:00 215 0

Şəbnəm Bakı küçələrində “avtoşluq” etmək istədi  VİDEO

Kimi onları “görməmiş” adlandırıb, kimi də “yolda meymunluq edirlər” kimi şərhlərlə ifaçıları sərt şəkildə qınayıb

Müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində "avtoşluq" etmək istəyiblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ifaçıların sükan arxasında etdiyi ötmə əməliyyatı "Instagram"da paylaşılıb. 

Həmin görüntülərdən aydın olur ki, Səbinə ilə Şəbnəm bir-birini ötmək istəyib. İşıqforun qırmızı işığına düşən hər iki ifaçı avtomobillərini saxlamaq məcburiyyətində qalıblar. Daha sonra isə ağ rəngli "Mercedes-Benz Gelandewagen" avtomobilini idarə edən Şəbnəm yolda ötmə əməliyyatı edərək, həmkarı Selcanı arxada qoyub.

Sözügedən kadrlar sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Hər iki müğənninin bu hərəkəti izləyicilər tərəfindən tənqid olunub. Kimi onları "görməmiş" adlandırıb, kimi də "yolda meymunluq edirlər" kimi şərhlərlə ifaçıları sərt şəkildə qınayıb.