Yaponiyada mikroavtobus uşaqlara çırpıldı:


Dünya 08 May 2019 10:13:00 251 0

Yaponiyada mikroavtobus uşaqlara çırpıldı:

Yaponiyanın Siqa prefekturasında baş verən qəza nəticəsində avtomobil uşaqlara çırpılıb.

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Osu şəhərində baş vermiş insident nəticəsində iki avtomobil toqquşub. Təmasdan sonra avtomobillərdən biri -  mikroavtobus yavaş hərəkət edərək, tərbiyəçilərlə birlikdə gəzintiyə çıxmış bağça uşaqlarını əzib. Hadisə anında onlar yolu keçmək üçün işıqforun yaşıl işığının yanmasını gözləyiblər.

Yerli xilasetmə xidmətinin məlumatına görə, hadisədən sonra azı 13 nəfər xəstəxanaya yerləşdirilib. İki azyaşlı və bir tərbiyəçi komaya düşüb. Hazırda polis insidenti araşdırır.