Hazırda duman var


Digərləri 08 May 2019 09:05:00 256 0

Hazırda duman var

Hazırda paytaxtda duman müşahidə olunur.

Bu gün ölkə ərazisində gözlənilən hava şəraitinə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-29, Bakıda 26-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu aranda 27-32, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.