Astarada yaşayış binasında yanğın, 20 nəfər təxliyə edilib


Digərləri 08 May 2019 08:51:46 172 0

Astarada yaşayış binasında yanğın, 20 nəfər təxliyə edilib

Astarada yanğın qeydə alınıb

Bakı. Astarada yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Astara rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.