İnsanları girov götürən şəxs saxlanılıb


Dünya 08 May 2019 08:20:00 213 0

İnsanları girov götürən şəxs saxlanılıb

Fransanın Tuluza şəhərində tütün mağazasında insanları girov götürən şəxs saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner öz "Twitter" səhifəsində yazıb.

K.Kastaner bildirib: "Blanyak kommunası: cavabdeh olan şəxs saxlanılıb. RAID və BRI dəstələrinə onların soyuqqanlılıq və peşəkarlıqlarına görə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən Yuxarı Qarron prefektinin rəhbərliyi altında səfərbər edilmiş bütün təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və xilasedicilərə təşəkkür edirəm".

Qeyd edək ki, ötən gün 17 yaşlı gənc Blanyak kommunasında tütün məmulatları mağazasında 5 nəfəri girov götürmüşdü. Bütün girovlar azad edilib, xəsarət alan olmayıb.