Litva bəzi ölkə vətəndaşlarına ikili vətəndaşlıq verməyəcək


Dünya 08 May 2019 07:07:00 289 0

Litva bəzi ölkə vətəndaşlarına ikili vətəndaşlıq verməyəcək

Litvanın ikili vətəndaşlıq verməyəcəyi ölkələrin siyahısı məlumdur, lakin onların adları hələ açıqlanmayıb. Ehtimal olunur ki, ilkin olaraq 10 ölkənin adı artıq bəllidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avratlantik inteqrasiyaya meyilli olmayan ölkələrin nümayəndələri Litvada ikili vətəndaş ola bilməyəcək. İkili vətəndaşlığın qəbulu isə mayın 12-də keçiriləcək referendumdan sonra məlum olacaq.

İkili vətəndaşlıq barədə qərar qəbul ediləcəyi təqdirdə 43 ölkənin vətəndaşı həm özlərinin, həm də Litvanın vətəndaşlığını daşıya biləcəklər.

Litva hökuməti mayın 12-dəki referendumun keçirilməsinə 2,5 milyard avro vəsait ayırıb.