Çempionlar Liqası: "Liverpul"dan inanılmaz geri dönüş


Digərləri 08 May 2019 01:08:34 211 0

Çempionlar Liqası: "Liverpul"dan inanılmaz geri dönüş

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib

Bakı. Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib. Trend-in məlumatına görə, İngiltərənin "Liverpul" klubu doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edib. Oyun ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolar: D.Origi (7-ci və 79-cu dəqiqələr), C.Vaynaldum (54-cü və 56-cı dəqiqələr). Beləliklə, "Liverpul" ikinci il ardıcıl olaraq UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlib.