Günün qoroskopu:ənənəvi, öyrəşdiyiniz proseslərdə dəyişikliklər olacaq


Digərləri 08 May 2019 00:01:00 226 0

Günün qoroskopu:ənənəvi, öyrəşdiyiniz proseslərdə dəyişikliklər olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.

Günün ikinci yarısında gözləntilərinizdə absolyut həddə çatmayın. İşlədiyiniz insanı ideallaşdırmayın, ona xas olmayan məziyyətləri gördüyünüzü düşünməyin.

Axşam saatlarında bir qədər tək qalın. Yeni xəbər sizi düşündürəcək.

Buğa - tərəfdaşlarınız və şərikləriniz bu gün sizdən fəallıq tələb edəcəklər. Onların arasında ruhdan düşənlər, şübhəlilər, sürəkli tənqidə üstünlük verənlər var. Həmin şəxslərlə nikbin danışın, əməkdaşlığı intensivləşdirin.

Ötənlərin təcrübəsindən yararlanın.

Günün yarısında sizə mühüm məsələdən xəbər vermək istəyən insanı diqqətlə dinləyin. Heç bir motivi olmayan aqressiya meylləri ilə üzləşsəniz, ünsiyyəti minimuma endirin. Sənədləşdirmə, müzakirələr, məsləhətləşmələr, təqdimat, yeni sifarişçi və ya müştəri axtarışları üçün əlverişli zaman deyil.

Ziddiyyətləri aradan qaldırmağa can atın.

Əkizlər - gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.

Günün ikinci yarısında heç nədə ifrata varmayın. Qətiyyətli və iradəli olun. Məlumat axtarışı, informasiya arayışı, qeyri-standart həllər tələb edən işlə məşğul olmaq zərurəti yaranacaq. Səfərlərlə qəfil hadisələr istisna deyil. Ünsiyyətdə səmimi olun. Maraqlandığınız olayın təfərrüatlarını öyrənin.

Xərçəng - potensialınızla ehtiyatlarınızı, habelə imkanlarınızı real dəyərləndirin. Neqativin artma təmayülü var. Narazılıq, maaş azlığından şikayət, diqqətsizlikdən zinhara gəlmək istisna deyil. Sizi təlaşa salan məqamları açıq müzakirə etməkdən çəkinməyin.

Günün ikinci yarısında tənqidə ifrat meylli insanlarla uzun-uzadı söhbətlərə başlamayın. Belə ünsiyyət sizi sinirləndirəcək, əhvalınızı korlayacaq və ən əsası konstruktiv olmayacaq.

Start bank əməliyyatlarına başlamaq məsləhət deyil. Maliyyə məsələlərində tələsik qərarlar verməyin.

Şir - kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkandan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.

Günün ikinci yarısında daxili prosesə konstruktiv məcra verin. Hadisələrin arzuolunan istiqamətini seçməyə çalışmayın. İrəliləyiş üçün güzəştlərə hazır olmalısınız.

Problemləri vaxtında həll edin.

Qız - günün ilk yarısında o qədər də xoş olmayan xəbərlər ala bilərsiniz. Lakin həqiqəti bilin, faktlara laqeyd yanaşmayın. Sənədləşdirmədə və hesablamalarda diqqətli olun. Səhvlərə, kobud yanlışlıqlara yol verməməyə çalışın.

Günün ikinci yarısı yeni bilik və bacarıqların əldə olunması, gərəkli məlumatların aranması üçün əlverişli zamandır. Ünsiyyətdə sayıq olun, yazışmalarda ləngimələrə yol verməyin.

Əhvalınıza və fəaliyyətinizə pis təsir edən təmaslarla ünsiyyəti azaldın.

Axşam saatlarında səhhətinizə fikir verin.

Tərəzi - ağır, rutin, çətin işlərə hazırlaşın. Fəaliyyətinizdə qətiyyətli və əzmkar olun, sonadək gedin. Yolunuzdan sapmayın. Ünsiyyətdə məsələlərin maddi tərəfinin nəzərdən keçirilməsi asan olmayacaq.

Xərclərinizə diqqət yetirin.