Razer çörək qızartma maşını


Digərləri 07 May 2019 23:45:00 257 0

Razer çörək qızartma maşını

Razer şirkəti 2016-cı ilində Razer Toaster çörək qızartma maşınını təqdim etmişdi. Bu məhsul, firmanın etdiyi bir zarafat idi. 1 aprel zarafatı olaraq hazırlanan layihə, olduqca böyük maraq doğurdu.

Son.az deyerler.org-a istinadən bildirir ki, hətta pərəstişkarların böyük marağını görən bu məhsul üçün səhifələr açıldı. Zarafat məhsulunun rəsmi səhifəsi hələ nəşrinə davam edərkən, Facebook səhifəsi ilə də bir milyondan çox bəyənmə aldı.

Razer CEO-su Min-Lanq Dan, nəhayət məhsulu həqiqətən yaratmağı qəbul etdi.

Səhifəni bəyəndiyini ifadə edən CEO, dizaynerləri və mühəndisləri bir yerə toplayaraq məhsulu ortaya çıxaracağını söylədi. CEO ayrıca istehsal müddətində də məlumat verəcəkmiş.

Yəni çörəklərimizdə Razer loqosunu görmək üçün hələ bir az gözləmək lazımdır.