“Əsr” surəsində işarə edilən insan kimdir?


Digərləri 07 May 2019 23:10:00 263 0

“Əsr” surəsində işarə edilən insan kimdir?

Rəhmətlik İmam (r) "Əsr" surəsinə maraqlı təfsir vermişdir. O, buyurur: "Əsr - kamil insandır, yəni İmam Zaman ağadır (ə.f). Yəni, bütün varlıqların özəyidir. And olsun bütün varlıqların özəyinə! Yəni, and olsun bu kamil insana!

Burada adı çəkilən insan - o adi varlıqdır ki, bir başı, iki əli və iki ayağı vardır. Bu surə bizlərə xitab edir, yəni insanlara.

Son.az deyerler.org-a istinadən bildirir ki, baş adətən iki yola baxar. Yolun biri - insanlıq yolu olan Siratül-müstəqimdir. Siratul-müstəqimin isə başı bir tərəfdən təbiətə baxar. Bir tərəfdən isə uluhiyyətə.

Bu düz yol ələqdən başlayar. Burada mühüm olan şey - iradədir. İradənin başının bir hissəsi təbiətə baxar, bir hissəsi uluhiyyət məqamına.