Binəqədidə yataqxanada yanğın baş verib


Digərləri 07 May 2019 22:52:00 197 0

Binəqədidə yataqxanada yanğın baş verib

Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Dərnəgül-3 saylı yataqxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, yataqxanada yaşayış olmayıb. Hadisə beşmərtəbəli yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb.

Həmin mərtəbədə yığılmış zibil qalıqlarında yanğın baş verib.

Hadisə yerinə FHN-nin dövlət yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində 5 kv.m. sahə yanıb.

FHN-nin yanğından mühafizə bölmələri tərəfindən yanğınnın qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.