Alim və müəllimin 3 nişanəsi
Digərləri 07 May 2019 22:50:00 233 0
Cəmiyyətin ən fəzilətli peşələrindən biri - müəllimlikdir. Müəllim, təlim və tərbiyə yolu ilə insanları kamala doğru hidayət etdirər və tərəqqi etdirər. Eşq və imanı pak insanların qəlbində həkk etdirər.
Mübarək dinimizin müəllim barəsindəki nəzərlərinə diqqət edək.
Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala buyurur: "O, həmin Allahdır ki, insanlar arasında dərs oxumamış peyğəmbəri məbus etmişdir ki, ayələrini onlara oxusun və onları islah etsin. Kitabı və hikməti öyrətsin".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimdən bir hərf öyrənsən, onun qulu olarsan".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Məndən sonra sizlərin ən çox bağışlayanı o kəsdir ki, elm öyrənsin və sonra elmini yaysın".
İmam Səccad (ə) buyurur: "Əgər müəllim, müəllimlik vəzifəsini bilər və ona əməl edərsə, Allah elm nemətini onun üçün daha çox edər".
Həzrət Peyğəmbər (s) buyurur: "Mən müəllim seçilmişəm".
İmam Baqir (ə) buyurur: "Elmin zəkatı - onu Allah bəndələrinə öyrətməkdir".
Həzrət Peyğəmbər (s) buyurur: "Allahım! Müəllimləri bağışla! Ömürlərini uzun və ruzilərini bərəkətli et!".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, elm ardınca gedər, bu əməli keçmiş günahlarının kəffarəsi olar".