Kərbəla ziyarətindən qayıdandan sonra mütləq “imam ehsanı” vermək lazımdırmı?


Digərləri 07 May 2019 22:15:00 249 0

Kərbəla ziyarətindən qayıdandan sonra mütləq “imam ehsanı” vermək lazımdırmı?

Bəzi milli adət-ənənələrimiz var ki, bunlar barədə şəriət baxımından hər hansı vacib göstəriş yoxdur. Amma ənənə kimi gözəldir və bunlara riayət edilməi yaxşı haldır. Müqəddəs ziyarətdən gələn şəxslərin ehsan süfrəsi açması da bu ənənələrdən biridir. İslam dini öz-özlüyündə ehsan süfrələri təşkil etməyi bəyənir və təşviq edir.

Son.az islam.az-a istinadən bildirir ki, hər hansı münasibətlə, o cümlədən, ziyarətdən qayıtmaq münasibətilə bunu etmək müsbət haldır. "İmam ehsanı", "Əli süfrəsi" adlı məclislərə yaxın qohumları, qonşuları, dostları dəvət etmək olar. Amma daha yaxşı olar ki, dəvət edilənlərin bir hissəsi ehtiyaclı kasıb şəxslər olsun. Bu cür məclislərdə də israfdan çəkinmək, məclisin dini ab-havada keçməsini təşkil etmək vacibdir.