Bakı Musiqi Akademiyasında caz konserti keçirilib FOTO


Digərləri 07 May 2019 22:02:00 297 0

Bakı Musiqi Akademiyasında caz konserti keçirilib  FOTO

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasında Beynəlxalq Caz Günü çərçivəsində caz konserti keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Musiqi Akademiyasının, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan konsert, həmçinin Bakı Musiqi Akademiyasının birinci Beynəlxalq Caz Festivalı və Elmi-Yaradıcılıq Konfransı çərçivəsində təşkil olunub.

Konsertdə Əməkdar artist (piano) İsfar Sarabski, Nicat Aslanov (piano), Nərmin Məmmədli (vokal), Arslan Növrəsli (tar) və İsmayıl Məmmədli (piano) çıxış ediblər.

Konsert cazsevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, festivala gənc ifaçıların müsabiqəsi, konsertləri, ustad dərsləri və konfrans daxildir.


Xəbərə aid fotolar