Azərbaycanda güzəştli mənzillər:


Digərləri 07 May 2019 21:26:00 377 0

Azərbaycanda güzəştli mənzillər:

Bir ildir ki, əhaliyə güzəştli mənzil təklif edən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) il ərzində 430 mənzil satıb, daha 154 mənzilin seçimi isə başa çatıb.

Yasamal Yaşayış Kompleksində qalan 1070 mənzil bu ilin sonunadək yeni qaydalara uyğun olaraq satışa çıxarılacaq.

MİDA-nın ikinci layihəsi Hövsan Yaşayış kompleksi 2962 mənzildən ibarətdir.

Agentliyin Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində tikilən yeni yaşayış kompleksində 1458 evin tikintisi davam edir.

Sumqayıtda tikiləcək 144 güzəştli mənzillə bağlı tender elan olunub.

Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında Yasamal Yaşayış Kompleksindətikilən və "güzəştli evlər" kimi tanınan mənzillərin satışına ilk dəfə 2018-ci ilin mayın 7-də başlanıb.

Həmin vaxt Bakının Yasamal rayonunda yerləşən yaşayış kompleksində 4 binada 260 mənzil satışa çıxarılmışdı.

Agentlik bildirir ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Güzəştli mənzilləri kim ala bilər?

Agentliyin açıqlamasına görə, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşların mənzil almaq hüququ var.

Elektron kabineti olanlar isə mənzillər satışa çıxarılandan sonra kim mənzil almaq üçün sayta daxil olub istədiyi mənzil üçün birinci olaraq düyməni bassa, həmin mənzil onundur.

Güzəştli mənzil almaq üçün hansı kriteriyalar var?

Güzəştli mənzil almaq üçün iki kateqoriyada kriteriyalar müəyyənləşib:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyası:

Şəhid ailəsinin üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər; ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər; ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər; idman sahəsində xüsusi xidmətləri olan şəxslər.

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər kateqoriyası:

Elmlər doktoru elmi dərəcəsi olan şəxslər; ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər; ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları; ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər; ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər aiddir.

Agentliyin satışa çıxardığı mənzillərin qiyməti 1 otaqlı - 30 min manatdan, 2 otaqlı - 47 min manatdan, 3 otaqlı - 65 min altı yüz manatdan başlayır.

Hazırda istidafəyə verilən kompleksdə mənzillər neçəyədir?